REGİONLAR


Gədəbəy: ilin əvvəlindən bəri 100 kilometrdən çox kəndarası yol çəkilib

A+ A

Gədəbəy, 25 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında Gədəbəy rayonunda, ümumilikdə, 102,3 kilometr kəndarası yol çəkilib.

Gədəbəy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, cari ildə “Azərbaycan Kənd İnvestisiya Layihəsi-2” çərçivəsində rayonun Xarxar, Mormor, Zəhmətkənd, Cücənli, Gərgər, Qasımlı, Çay Rəsullu və Qaradağ yaşayış məntəqələrində kəndarası yollar təmir edilib.

Həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun 5 yaşayış məntəqəsini birləşdirən, 7 min nəfər əhalinin və “N” saylı hərbi hissənin istifadə etdiyi, 9 kilometr uzunluğunda olan Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.