REGİONLAR


Gədəbəy məktəblisi: Rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq

Qəbələ, 20 mart, Şahnəzər Bəşirov, AZƏRTAC

Maarifləndirici tur-aksiya iştirakçılarının Qəbələyə səfəri son dərəcə maraqlı və yaddaqalan oldu. Qrupun üzvlərində yaranan xoş təəssüratlar uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq. Regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gədəbəy şəhər 2 nömrəli orta məktəbin XI sinif şagirdi Günel Cəfərova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yeniyetmə və gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün dövlətimiz hər cür imkanlar yaradır: “Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamının ürəyincədir. Tur-aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hisləri aşılanır, onlar arasında Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işləri görülür, dünyagörüşün artırılması istiqamətində söhbətlər aparılır. Biz məktəblilər bu tur-aksiya çərçivəsində ölkəmizin bölgələri ilə daha yaxından tanış olduq, regionlarımızın tarixi, inkişafı ilə bağlı zəngin məlumatlar aldıq. Bu xoş təəssüratlar uzun zaman yaddaşımızdan silinməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.