REGİONLAR


Gədəbəydə kartof sahələrindən 110 min ton məhsul götürülməsi planlaşdırılır

A+ A

Gədəbəy, 28 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Ölkənin əsas kartofçuluq rayonu hesab olunan Gədəbəydə məhsul yığımı aparılır.

AZƏRTAC xəbər verir ki, bu il rayonda 12 min 200 hektar sahədə kartof əkilib. Bu isə ötən illə müqayisədə 400 hektar çoxdur. Məhsuldarlıq da əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Ötən il orta hesabla hər hektardan 89 sentner olmaqla, 105 min 812 ton kartof yığılıb. Cari ildə isə hər hektardan 90 sentner olmaqla, 110 min ton məhsul götürülməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.