REGİONLAR


Gədəbəyin bütün yaşayış məntəqələrinin qazlaşdırılması planlaşdırılır

Gədəbəy, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Dağ rayonu olan Gədəbəyin bütün yaşayış məntəqələrinin qazlaşdırılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu il Gədəbəyin iki məntəqəsinə - Çanaqçı və Miskinli kəndlərinə ilk dəfə təbii qaz verilib. Nəticədə, rayon üzrə abonentlərin sayı 10500 nəfərə, “mavi yanacaq”la təmin edilən yaşayış məntəqələrinin sayı isə 36-ya çatıb.

Hazırda Gədəbəyin 108 kəndi var və qarşıdakı illərdə bütün kəndlərin təbii qazla tam təchiz olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.