REGİONLAR
Gədəbəyin daha iki kəndinə ilk dəfə təbii qaz verilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Gədəbəy rayonunun Çanakçı və Miskinli kəndlərinə ilk dəfə təbii qaz verilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ümumilikdə 885 abonenti olan Çanakçı və Miskinli kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 61 min 149 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]