CƏMİYYƏT


Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolu var

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Nərimanov Rayon İcra Hakimiyyəti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən 8 saylı şəhər poliklinikasında “İşıqlı gələcək naminə erkən nikaha yox deyək!” adlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarda rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin baş məsləhətçiləri Gülşən Yaqubova və Elnarə Kazımova, 7 saylı qadın məsləhətxanasının həkimi İradə Hacıyeva, tələbə-gənclər təşkilatlarının sədr və sədr müavinləri, səhiyyə işçiləri və fəal gənclər iştirak ediblər.

İradə Hacıyeva, 8 saylı şəhər poliklinikasının baş tibb bacısı Reyhan Mirzəyeva çıxış edərək erkən nikahın fəsadlarından danışıblar. Bildirirlər ki, erkən nikahlar müasir ailələrin möhkəmliyinə təsir göstərir. Bu problem çox aktual olduğundan Dövlət Statistika Komitəsi qızların erkən nikaha daxil olması ilə bağlı statistik müayinə keçirib.

Sonra seminarda Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini İranə Axundova çıxış edərək problemin ciddiliyindən danışıb, müvafiq təkliflər səsləndiriblər. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğu, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib.

Sonda tibb işçiləri tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.