ELM VƏ TƏHSİL
Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması nəzərdə tutulur.
İTİ-dən AZƏRTAC-a bildiriblər ki, cari ildə müvafiq şöbədə elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi istiqamətində araşdırmalar aparılacaq.