ELM VƏ TƏHSİL


Gələcək nəsil elektron kitabxanaların formalaşması prinsipləri araşdırılır

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması istiqamətində tədqiqatlar aparılır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutda, həmçinin elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual təhlili əsasında elmin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi üzrə araşdırmalar davam edir.

Elektron Kitabxana Mərkəzində kitablar ABŞ Konqres kitabxanası sistemi ilə təsnifatlaşdırılıb, resurslar sistemə daxil edilib, təhlükəsizlik təmin olunub və digər bir sıra mühüm işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.