REGİONLAR
“Gələcəyə körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Belçikada təlim kurslarında ölkəmizi təmsil edir
Gəncə, 26 noyabr, AZƏRTAC
Gəncədəki ”Gələcəyə körpü” Gənclər İctimai Birliyinin nümayəndəsi Hüseynxan Hacızadə Belçikanın Brugge şəhərində “Gənclərin Mübadilə və Anlaşması” (YEU) şəbəkəsinin üzvü olan təşkilatların iştirakı ilə keçirilən “Gənclər işində innovativ təlim metodları” mövzusunda təlim kurslarında Azərbaycanı təmsil edir.
“Gələcəyə körpü” Gənclər İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-formal təhsil metodları əsasında və gənclərin fəal iştirakçılığı ilə həyata keçirilən bir həftəlik təlim kurslarında yeni və innovativ yanaşmalar, konsepsiyaların paylaşılması, müxtəlif yaradıcı üsulların araşdırılması, yenilikçi olmaq üçün gənclərin maarifləndirilməsi, sosial media təlim paketinin inkişaf etdirilməsi və sair məsələlər ətrafında müzakirələr aparılacaqdır.