DÜNYA


“Gələcəyin kitabxanası” ədəbi əsərləri XXII əsrə göndərir

Bakı, 8 avqust, AZƏRTAC

Norveçdə “Gələcəyin kitabxanası” yaradılır. 2014-cü ildə start götürən və 100 ilə hesablanan bu layihə şotland rəssamı Keti Patersona məxsusdur.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, layihəyə görə, XX əsrdə hər yazıçı ildə bir romanını “Gələcəyin kitabxanası”na verir. Toplanan əsərlər 2114-cü ildə nəşr olunacaq. Bu yolla ədəbiyyatın “zaman maşını” icad olunur: müəlliflər əsərlərinin sonrakı taleyindən xəbər tutmadan onu uzaq gələcəyə göndərirlər.

“Gələcəyin kitabxanası”nda artıq Marqaret Etvudun, Devid Mitçellin və Syon Siqurdssonun yeni əsərləri saxlanılır.

Əlyazmalar Oslo ictimai kitabxanasının xüsusi avadanlıq quraşdırılmış zalında saxlanılır. Elektron lövhədə saxlanılan əsərlərin siyahısını görmək mümkündür, lakin bu əsərlər əlçatan deyil.

Üç il bundan əvvəl təşkilatçılar min ədəd şam ağacı əkiblər. Bu da beynəlxalq layihənin hazırkı dövrdə yeganə görünən tərəfidir. Məhz həmin ağaclardan 2114-cü ildə ədəbi əsərlərin çapı üçün kağız hazırlanacaq. Bununla belə, tiraj 1000 nüsxə ilə məhdudlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.