CƏMİYYƏT


“Gələcəyin sahibkarları üçün mini MBA” təlimlərinə yekun vurulub

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Gələcəyin sahibkarları üçün mini MBA” təlim proqramı layihəsi çərçivəsində təşkil olunan seminarlara yekun vurulub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, təlim proqramı Bakıda 5 fərqli modul üzrə 5 təlimçi tərəfindən və 5 gün ərzində həyata keçirilib.

Təlimlərin birinci günündə müəssisənin yaradılmasının hüquqi prosedurları barədə iştirakçılara məlumat verilib, müzakirələr aparılıb. Proqramın ikinci günündə “Müəssisənin maliyyə strategiyası” mövzusunda bu sahədə iş təcrübəsi olan ekspert tərəfindən aparılan təlim iştirakçılar üçün xüsusi maraq doğurub, onların sualları cavablandırılıb.

Təlimlərin üçüncü və dördüncü günlərində isə iştirakçılara “Marketinq strategiyası” mövzusunda habelə, insan resursları və kadrların idarəolunması ilə bağlı ətraflı məlumat verilib.

Proqramın sonuncu günündə isə “Təşkilati strukturun idarə olunması” mövzusu müzakirə edilib. İştirakçıların təlimlərə artan marağı nəzərə alınaraq, bu qəbildən tədbirlərin davam etdirilməsi razılaşdırılıb.

Təlimlərin sonunda gənclərə layihə çərçivəsində nəşr edilmiş “Gənc biznesmen” maarifləndirici toplusu və bukletlər təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.