MƏDƏNİYYƏT
“Gələcəyin ulduzları” adlı beynəlxalq müsabiqə
Bakı, 3 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Bülbül adına orta ixtisas musiqi məktəbinin rəhbərliyi, Gürcüstan Respublikasının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Gələcəyin ulduzları” adlı beynəlxalq müsabiqə keçirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqədə Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin III sinif şagirdi Xanım Kərimova və IV sinif şagirdi Amin Məhərrəmzadə uğurla çıxış ediblər.
Festivalda X.Kərimova birinci, ikinci yeri və A.Məhərrəmzadə birinci yeri qazanıblar.
Bildirilib ki, Gürcüstandan Bakıya gəlmiş peşəkar, təcrübəli müəllim Nino Katamadze Bülbül adına orta ixtisas musiqi məktəbində A.Məhərrəmzadə ilə ustad dərsi keçirib.