İQTİSADİYYAT


Gələn ay “Abşeron” yatağı üçün sualtı boru və kabelləri çəkəcək şirkət məlum olacaq

Bakı, 8 iyun, AZƏRTAC

Gələn ay “Abşeron” yatağı üçün sualtı boru və kabelləri çəkəcək şirkət məlum olacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iyunun 8-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “TOTAL” şirkətinin nümayəndələri ilə görüş zamanı deyilib.

QSC-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan gəmiçiliyin 300-ə yaxın gəmisi var. Rauf Vəliyev bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında offşor xidmətlər göstərən gəmiçiliyin “TOTAL”la əməkdaşlığının da uğurlu olacağına əminliyini ifadə edib.

“TOTAL”ın nümayəndəsi xanım Karine Lafontaıne təqdimatla çıxış edib. Təmsil etdiyi şirkətin yaxın vaxtlarda “Abşeron” yatağında qaz hasilatına başlamaq üçün tərəfdaşları ilə birgə səylərini artırdıqlarını vurğulayıb.

K.Lafontaıne bildirib ki, “TOTAL” “Abşeron” yatağına sualtı boru və kabellərin çəkilməsi üçün tender elan edib və qalib şirkət gələn ay məlum olacaq. Bundan sonra “TOTAL” və tenderin qalibi olan şirkətin nümayəndələri 2017-ci ilin iyul-avqust aylarında gəmiçiliyin neft donanmasının layihəyə uyğun olacaq gəmilərinə baxış keçirəcəklər.

Görüşdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin alyans partnyoru olan “Caspian Marine Services” şirkətinin də nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.