DÜNYA


Gələn ay Qırğızıstanda referendum keçiriləcək

A+ A

Bişkek, 2 noyabr, AZƏRTAC

Qırğızıstan parlamenti - Joqorku Keneşin bu gün keçirilən iclasında ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı dekabrın 11-də referendum keçirilməsinə dair qanun layihəsi qəbul edilib.

Dəyişikliklər ölkədə parlamentarizmin möhkəmləndirilməsi, Baş nazirin səlahiyyətlərinin artırılması, Baş nazirin və onun müavinlərinin eyni zamanda deputat seçilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Bundan əvvəl Konstitusiyaya əlavə və dəyişikliklər 2010-cu ildə keçirilən referendumda qəbul olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.