İQTİSADİYYAT


Gələn il ABŞ-da neft hasilatı gündəlik 8,7 milyon barrel olacaq

Bakı, 7 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Gələn il ABŞ-da xam neft hasilatı gündəlik orta hesabla 8,7 milyon barrel olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatında deyilir. Bildirilir ki, bu ilin dekabrında isə gündəlik hasilat 8,8 milyon barrel təşkil edəcək.

Hesabatda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatı azalması ilə qlobal bazardakı təklif artımının düşəcəyi, eləcə də gələn il dünyada xam neft ehtiyatları proqnozunun aşağı salınacağı qeyd edilib. Buna görə də, ehtiyatlardakı artımın həcminin gələn il gündəlik orta hesabla 500 min barrel əvəzinə gündəlik orta hesabla 400 min barrel olacağı proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.