İQTİSADİYYAT


Gələn il Azərbaycanda təbii qazın orta maya dəyərinin təxminən 19 manat aşağı olacağı proqnozlaşdırılır

A+ A

Bakı, 9 dekabr, AZƏRTAC

2015-ci ildə SOCAR-ın neft və qazçıxarma idarələri (NQÇİ) üzrə 1000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1000 kubmetr təşkil edib. Ötən il SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 52,02 manat, şirkət üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri isə 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb.

Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O bildirib ki, bu il NQÇİ-lər üzrə 1000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən HPBS-nin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1000 kubmetr üçün 53,97 manat olub, satışa buraxılan təbii qazın orta maya dəyəri isə 140,42 manat/1000 kubmetr təşkil edib.

Həmin göstəricilər 2017-ci ildə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.