İQTİSADİYYAT


Gələn il Bakıda beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Gələn il martın 9-11-də Bakı Ekspo Mərkəzində mebel sənayesi, ev tekstili, xalçaçılıq, məişət avadanlıqları və digər dekor əşyaların nümayiş olunacağı III beynəlxalq "DecorExpo" sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə rəsmi şəxslər, distribüterlər, dizaynerlər, məşhur otellərin nümayəndələri, daşınmaz əmlak məsələləri ilə məşğul olan şirkət təmsilçiləri və iş adamlarının iştirakı gözlənilir.

Sərginin təşkilatçısı “ELANEXPO”dur. Ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan “ELANEXPO” Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib və hər il keçirilən bu kimi sərgilərdə indiyədək yüzlərlə şirkət təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.