Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarının Parisdə təqdimatı olub [YENİLƏNİB]

Paris, 27 noyabr, AZƏRTAC

Noyabrın 26-da Parisdə “Bakı 2015”in - ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimləri qatılıblar.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015” - ə həsr olunan bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşın idmanın müxtəlif növlərinin təsvir olunduğu əsərləri nümayiş olunub. Bu əsərlərin hər biri müxtəlif cərəyanlara aid olmaqla, özlərində ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri də təqdim edilib.

Tədbirin aparıcısı vurğulayıb ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkənin son illərdə idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, 23 illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb. 2015-ci ildə iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında isə 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

Sonra Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.

                                                             Birinci xanım Mehriban Əliyevanın

                                                                                      çıxışı

- Əziz qonaqlar.

Xanımlar və cənablar.

Əziz dostlar, sizi səmimi qəlbdən salamlayıram. İlk Avropa Oyunlarının təqdimat mərasiminə xoş gəlmişsiniz.

Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində gələn il keçiriləcək. Oyunlara altı mindən çox idmançı qatılacaq və 20 idman növündə yarışlar keçiriləcək.

Şübhəsiz ki, Avropa Oyunları Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını - tarixdə birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul etmək və keçirmək Azərbaycan üçün böyük şərəf və məsuliyyətdir. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük dəstəklə qarşılanıb və mən Avropa Olimpiya Komitəsinin prezidentinə, bütün üzvlərinə dərin minnətdarlığımı çatdırıram.

Əziz dostlar, artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli yerini tutub. Biz qədim tarixə və mədəniyyətə malik olan xalqıq və əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimizdir. Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər Azərbaycan xalqı üçün çox vacibdir.

Azərbaycan müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70 faizindən çoxu bundan faydalanır.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Əsrlər boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri ölkəmizdə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Müstəqilliyimiz bərpa olunduqdan sonra bu meyllər daha da güclənib və təsadüfü deyil ki, Azərbaycan bu gün dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib və bu yaxınlarda ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan son illər ərzində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Son on ildə Azərbaycanın iqtisadiyyatı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq və işsizliyin səviyyəsi beş faizə enib.

Bu gün biz təhsil sisteminin inkişafına çox böyük diqqətlə yanaşırıq. Təhsil sistemində mühüm islahatlar aparılır. Çünki hər bir ölkə, hər bir xalq üçün onun gələcəyi, gələcək inkişafı və uğurları məhz insan amilindən, savadlı, bilikli gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox yeni məktəb inşa olunub və təmir edilib, yüzlərlə azərbaycanlı gənc dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində təhsil alır.

Azərbaycanın beynəlxalq arenada nüfuzu ildən-ilə artmaqdadır. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun sübutu olaraq 155 ölkənin səsi ilə Azərbaycan dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilmişdi. İki həftə bundan əvvəl 2001-ci ildən üzv olduğumuz Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın sədrliyi uğurla başa çatıb.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da öz töhfəsini verir. İki ay bundan əvvəl “Cənub” qaz dəhlizinin təməli qoyulub və bir neçə ildən sonra Azərbaycan qazı Avropaya nəql olunacaq və beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha da böyük töhfə verəcək.

Biz Avropanın beynəlxalq qurumları ilə sıx əməkdaşlıq qurmuşuq. Biz Avropa ölkələri ilə də qarşılıqlı maraq və hörmətə əsaslanan münasibətlər qururuq. Fransa Avropanın aparıcı dövlətidir və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Fransa-Azərbaycan əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırılıb. Bu münasibətlər siyasi, iqtisadi, humanitar sahələri əhatə edir. Parlamentlərarası münasibətlər güclənir və çox şadam ki, mən Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik edirəm.

Bu il Fransada Azərbaycanın Dostları Assosiasiyası bərpa olunub. Ölkəmizdə əllidən çox fransız şirkəti fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın universitetlərində təhsil alır. Bakıda fransız liseyi artıq ilk şagirdləri qəbul edib və paytaxtımızda Fransa universitetinin açılması barədə danışıqlar aparılır. Bakıda “Ağ şəhər” adlı yaşayış mərkəzi yaradılır və burada tikilən binaların bir qismi Parisin memarlıq üslubunda inşa edilir.

İdman sahəsində ölkələrimiz arasında olan əlaqələr də inkişaf edir və mən ümidvaram ki, Avropa Oyunlarına hazırlıq dövründə yaradılan bütün imkanlardan istifadə olunacaq və bu əlaqələr daha da güclənəcək.

Əziz qonaqlar, mən ölkəmiz və Fransa-Azərbaycan arasındakı dostluq əlaqələri haqqında çox danışa bilərəm. Mən tədbir və idman barəsində də bir neçə söz demək istərdim.

Azərbaycanda idmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə idman infrastrukturunun qurulmasına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 40-dan artıq yeni müasir olimpiya mərkəzləri inşa olunub. Biz idmançılarımızın nailiyyətləri ilə fəxr edirik. Müstəqil ölkə kimi Azərbaycan olimpiya oyunlarına 1996-cı ildən qatılıb və oyundan-oyuna qazanılan medalların sayı artmaqdadır. Son Yay Olimpiya Oyunlarında yığma komandamız ikisi qızıl olmaqla on medal qazanaraq bu nəticə ilə Avropa ölkələri arasında on beşinci, ümumi iştirakçılar arasında isə otuzuncu yeri tutub. Bu il Çində yeniyetmələr arasında keçirilən Olimpiya Oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla on iki medal qazanaraq 200-ə yaxın iştirakçı ölkə arasında onuncu yeri tutublar. Əlbəttə bu, böyük nailiyyətdir. Bütün bu faktları, o cümlədən atletlərimizin uğurlarını, ölkənin idman infrastrukturlarını, idmana dəstəyi və əlbəttə, ölkənin inkişafını nəzərə alaraq Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarını Azərbaycanda keçirməyə qərar verdi. Hazırlığa cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindəyik. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi beynəlxalq idman qurumları ilə birgə çalışır. İnşa olunan bütün idman obyektləri vaxtında tamamlanacaq və hər birində yoxlama yarışları keçiriləcək.

Bir neçə gün bundan əvvəl Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş Assambleyasında iştirak edən qonaqlar bütün hazırlıq işləri ilə yaxından tanış olublar.

Ümidvaram ki, ilk Avropa Oyunları Olimpiya hərəkatının prinsipləri olan dostluq, sağlam rəqabət və həmrəylik şəraitində keçiriləcək.

Sonda əziz dostlar, sizi bu tarixi oyunları izləmək üçün Azərbaycana dəvət edirəm. Bu axşam bizimlə birlikdə olmağınıza görə hər birinizə dərin minnətdarlığımı çatdırır və xoş axşam arzulayıram.

                                                             X               X                  X

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud məkanlar isə yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin keçiriləcəyi 65 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya şəhərciyi də oyunlara hazırlanır.

Fransanın şəhər, gənclər və idman naziri Tierri Brayar bildirdi ki, “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatının Parisdə keçirilməsindən məmnundur. “Fransa da bu oyunlara böyük diqqət göstərir. Ölkələrimiz arasında idman sahəsində əlaqələr getdikcə genişlənir”, - deyən Tierri Brayar ölkəsinin də bu oyunlarda yüksək səviyyədə təmsil olunacağını bildirdi.

“Avropa Oyunlarının keçirilməsi böyük zəhmət tələb edir və inanıram ki, Təşkilat Komitəsi öz işinin öhdəsindən layiqincə gələcək”. Bu sözləri isə Fransa Milli Assambleyasının üzvü, ikiqat Olimpiya çempionu David Dövile dedi. O qeyd etdi ki, humanizm, sülh və bu cür ideyaları təbliğ edən Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da artıracaq.

Tədbirin sonunda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin skripkaçı xanımlardan ibarət qrupu maraqlı konsert proqramı ilə çıxış etdi.

Avropa Oyunları ilə bağlı ilk təqdimat Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində keçirilib. Daha sonra bu silsiləni Yunanıstanın paytaxtı Afina, Almaniyanın paytaxtı Berlin və Türkiyənin İstanbul şəhərləri davam etdirib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Bu tədbirlərin məqsədi ilk dəfə keçiriləcək Avropa Oyunları, eləcə də ölkəmizin bu yarışlara hazırlığı barədə digər ölkələrin vətəndaşlarına məlumat vermək, Azərbaycanın mədəniyyət və incəsənətini, adət-ənənəsini nümayiş etdirməkdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: “Molla Nəsrəddin güldürür və düşündürür”

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var