İDMAN


Gələn il Formula-1 üzrə Almaniya Qran-prisi keçirilməyəcək

A+ A

Bakı, 26 noyabr, AZƏRTAC 

Əbu-Dabidə 2017-ci ilin Formula-1 təqviminin yeni versiyası müzakirə olunub.

AZƏRTAC “f-1.az” saytına istinadla xəbər verir ki, əvvəlki ildən fərqli olaraq, yeni təqvimdə Almaniya Qran-prisinə yer verilməyib. Yarışın təşkilatçıları Berni Ekklstoun ilə maliyyə məsələsində razılığa gələ bilməyiblər. Kanada və Braziliya yarışlarının taleyi hələ də sual altındadır.

Yeni təqvimdə Macarıstan Qran-prisi Almaniyadakı yarış üçün təyin olunmuş günlərdə – iyulun 28-30-da keçiriləcəyi əks olunub. Digər bir fərq isə Sinqapur və Malayziya yarışları ilə bağlıdır. Sentyabrda Sepanqdakı yarışın Sinqapur Qran-prisindən əvvəl keçiriləcəyi qeyd edilmişdisə də, bu dəfə onların yerləri dəyişdirilib. Cari mövsümdə olduğu kimi, Sinqapur yarışı əvvəl keçiriləcək.

Mövsümdən əvvəl testlərin tarixlərində dəyişiklik olmayacaq. İlk testlər fevralın 27-dən martın 2-dək, ikinci testlər isə martın 7-10-da Barselonada keçiriləcək. Mövsümün gedişində daha dörd test olacaq. Lakin həmin test yürüşlərinin keçiriləcəyi yer barədə hələ razılıq əldə edilməyib.

Almaniya Qran-prisinin təqvimdən çıxması, Bakıda təşkil olunacaq yarış üçün müsbət haldır. Belə ki, Kanada Qran-prisindən sonra hər yarış bir həftə gec keçirilə bilər. Ona görə də Bakı şəhər halqasında növbəti yarışın daha rahat və Le-Man yürüşü ilə üst-üstə düşməməsi mümkün ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.