REGİONLAR
Gələn il Gəncədə Əziz Əliyev prospektinin və parkının açılışı olacaq
Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gələn il Gəncədə yenidən qurulması başa çatdırılan Əziz Əliyev prospektinin açılışı olacaq. Yeni salınan eyniadlı park isə sakinlərin istifadəsinə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.
2017-ci ildə Gəncədə həyata keçiriləcək sosial-iqtisadi, infrastruktur layihələri haqqında danışan icra hakimiyyətinin başçısı bildirib ki, görülən işlər çərçivəsində xalqımızın böyük oğlu Əziz Əliyevin adını daşıyan prospekt və buradan keçən bütün kommunikasiya sistemi tamamilə yenidən qurulub. Prospektin divarları Gəncə memarlığına xas kərpiclə üzlənib, bəzi yerlərdə divarlar milli ornamentlərlə və süjetli motivlərlə bəzədilib. Artıq inşası başa çatdırılan prospekt və yeni parkın gələn il açılışı olacaq.