REGİONLAR


Gələn il Goranboyda tütün və barama istehsalı iki dəfə artırılacaq

Goranboy, 8 avqust, Rauf Hacıyev, AZƏRTAC

Avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Goranboy Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncağı açan rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib.

Yığıncaqda bu il rayonda barama və tütün istehsalı, eləcə də fındıq bağlarının salınması sahəsində görüləsi işlər təhlil edilib, 2018-ci il üçün vəzifələr müəyyənləşdirilib. Qeyd edilib ki, növbəti ildə rayonda tütün və barama istehsalı iki dəfə artırılmalıdır. Bu il 5 min, gələn il isə 2 min tut tingi əkilməlidir. Bunun üçün sahələr müəyyən edilməli, ərazilər əkinə hazırlanmalıdır. Eyni zamanda, yeni fındıq bağlarının salınması üçün indidən lazımi hazırlıq işləri görülməlidir.

Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.