DÜNYA


Gələn il “Office 2007” əlavələr paketinin dəstəklənməsi dayandırılacaq

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

“Microsoft” korporasiyası 2017-ci ildə “Office 2007” tipli mövcud əlavələr paketinin dəstəklənməsinin rəsmən dayandırılması barədə qərar qəbul edib. Bununla bağlı məlumat korporasiyanın mətbuat xidmətinin nümayəndələri tərəfindən təqdim edilib.

AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, korporasiya nümayəndələrinin sözlərinə görə, “Microsoft” servislərinin istifadəçilərinə bundan sonra hətta ödənişli əsasda müasir “Office 2007” paketi üçün avtomatlaşdırılmış “patch” proqram vasitələri təqdim edilməyəcək. Məşhur proqram təminatı istehsalçısının rəhbərliyinin belə yanaşması maksimum çoxlu istifadəçini bilavasitə yeni məhsula - bu il geniş ictimaiyyətə təqdim edilən “Office 365” paketinə keçirmək istəyi ilə əlaqədardır.

Məlumata görə, hazırda yeni versiya ödənişli xidmətlərin mövcudluğuna görə populyar deyil. Bunun nəticəsində “Office 2007” paketinin dəstəklənməsi növbəti ildə tam dayandırılacaq. Bununla yanaşı, yeni ödənişli “Microsoft Office” paketlər xidmətində “Visio”, “Project Server”, “SharePoint Server”, “Exchange Server”, “Communications Server” və s. kimi əvvəllər bağlı olan servislərdən istifadə mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.