CƏMİYYƏT
Gələn il əmək pensiyaları üzrə xərclərə 229 milyon manat yönəldiləcək
Bakı, 8 dekabr, Elvin Camalov, Tərgül Ağayeva, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il üçün xərcləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 248 milyon manat və ya 8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında məlumat verib.
O bildirib ki, bu artım üzrə xərc istiqamətləri üçün əmək pensiyaları üzrə xərclərə 229 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 5,6 milyon manat, digər xərclərə 13,4 milyon manat artımın yönəldiləcəyi nəzərdə tutulur.