DÜNYA


Gələn il qırmızı “iPhone” buraxılacaq

Bakı, 8 dekabr, AZƏRTAC 

“Apple” korporasiyası gələn il “iPhone”ların rəng palitrasını genişləndirməyi və qırmızı rəngli smartfon buraxmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Macotakara” nəşri məlumat yayıb.

İndiyədək buraxılan “iPhone”lar gümüşü, qara, qara oniks, qızılı və qızılı-çəhrayı rəngdədir. İstehsalçının marketinq gedişi kimi yeni rəngdən istifadə edəcəyi bildirilir. “Apple” bu il qara rəngin iki çalarından istifadə edib və bu smartfonlara tələbat böyük olub. Bu səbəbdən də 2017-ci ildə yeni rəngin buraxılması gözləniləndir.

Mənbə onu da bildirib ki, yeni smartfonlar “iPhone 8” deyil, ənənəvi sxemə uyğun olaraq “iPhone 7S” adlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.