İQTİSADİYYAT
Gələn ildən Bakı Limanının fəaliyyətini asanlaşdırmaq üçün elektron informasiya bazası istifadəyə veriləcək
Bakı, 21 noyabr, Elvin Camalov, AZƏRTAC
Gələn ildən Bakı Limanının fəaliyyətini asanlaşdırmaq üçün elektron informasiya bazası istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə deyib.
O bildirib ki, Bakı Limanı ilə Dövlət Gömrük Komitəsi sıx əməkdaşlıq edir, yaxın vaxtlarda bu iş avtomatlaşdırılmış, elektron formada aparılacaq.
T.Ziyadovun sözlərinə görə, gələn ildən Azərbaycana gələn tırlar gömrükdən keçən zaman artıq Bakı Limanına bu barədə məlumat daxil olacaq. “Biz elektron informasiya bazası vasitəsilə tırın limana çatma vaxtı, hansı gəmi ilə yola salınması və digər məlumatları qabaqcadan bilib, planlı şəkildə hərəkət edəcəyik”, - deyə limanın baş direktoru bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]