İQTİSADİYYAT


Gələn ildən “Kaşaqan” yatağından hasil edilən neft Azərbaycan vasitəsilə nəql oluna bilər

A+ A

Bakı, 23 sentyabr, Nihad Budaqov, AZƏRTAC 

Qazaxıstan gələn il bu ölkədəki “Kaşaqan” yatağından hasil edilən neftin Azərbaycan vasitəsilə nəqlinin mümkünlüyünü istisna etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. O, 2017-ci ildə bazar şərtlərinin dəyişə biləcəyini və “Kaşaqan” yatağından hasil edilən neftin Azərbaycan vasitəsilə ixracına başlanılmasının mümkünlüyünü bildirib.

“Kaşaqan” nefti Azərbaycanın dəmir yolu ilə və ya ölkənin boru kəmərləri vasitəsilə nəql oluna bilər”, - deyə nazir əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.