DÜNYA


Gələn ildən Rusiyada “Tax-free” sisteminin sınağına başlanılacaq

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

2017-ci ilin yanvarından Rusiyada "Tax-free" sisteminin sınağına başlanılacaq.

AZƏRTAC “kommersant.ru”ya istinadla xəbər verir ki, bununla bağlı Rusiya hökuməti qərar qəbul edib. Qərara əsasən, "Tax-free"nin tətbiqi iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə bu sistemə 5 iri mağaza qoşulacaq. 2017-ci il iyulun 1-dən isə sistem tam həcmdə işə salınacaq. Pilot layihənin ilk olaraq iri ticarət komplekslərinin yerləşdiyi Moskva, Sankt-Peterburq və Kazan şəhərlərində reallaşdırılması müzakirə olunur. Sistemin modelinin ilin sonunadək hazırlanması tapşırılıb. Hazırda "Tax-free"nin "Global Blue" və "Premier Tax Free" aparıcı operatorları ilə danışıqlar aparılır.

Rusiyada "Tax-free" sistemindən istifadə etmək istəyənlər minimum 10 min rubl dəyərində qeyri-ərzaq malı almalı olacaqlar. Alış-veriş məbləğinin 18 faizlik əlavə dəyər vergisi əcnəbi vətəndaşlara qaytarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.