CƏMİYYƏT


Gəlinlərin saçlarını bəzəyən ağ stefanotis çiçəkləri

Bakı, 20 iyun, AZƏRTAC

Ləçəklərinin qəribə quruluşuna görə botaniklər stefanotisi tac və qulaq gülü adlandırırlar. Həmişəyaşıl, gur çiçəkləyən və uzunluğu 5 metrə çatan ağaclaşan liananı xüsusi dayaqlardan asmaq lazım gəlir. Stefanotis lianakimilərin nümayəndəsi hoyanın qohumu olsa da, ondan fərqli olaraq yarpaqları ətli, tünd-yaşıl rəngdə, səthi hamar və parlaqdır. Hər yarpaq qoltuğunda yeddi çiçək olmaqla ağ rəngli heyrətamiz ətirli qıfşəkilli çiçəklər yerləşir, maydan iyula qədər çiçəkləyir.

AZƏRTAC xəbər verir ki, stefanotis xüsusi qulluq tələb etməsə də, saxlanma şəraitinə görə tələbkardır. Kiçik mənzillərdə onu becərmək üçün xüsusi şərait yaratmaq lazım gəlir. Bağlı eyvanlarda və ya qış oranjereyalarında daha yaxşı inkişaf edir. Becərmədə olan çətinliklərin qarşılığında stefanotis bir neçə ay ərzində gözoxşayan çiçəklər açır. Qədim zamanlarda stefanotisin incə ağ çiçəkləri gəlinlərin saçlarını və əllərini bəzəyirdi.

Stefanotisin çiçəkləməsini sürətləndirmək və bitkinin dekorativ xüsusiyyətlərini artırmaq üçün sulamadan 2 saat sonra 3 litr suya 1 çay qaşığı çiçəkli otaq bitkiləri üçün nəzərdə tutulan gübrə verilir. Azotlu gübrələr çox veriləndə bitkinin yaşıl hissəsi çox uzansa və gurlaşsa da, çiçəkləmə zəifləyir və stefanotis həmin mövsümdə çiçək açmır. Ona görə də çiçəkləməni aktivləşdirən kalium və fosforlu gübrələrdən istifadə etmək daha yaxşıdır. Stefanotisin dibçəyinin ildə bir dəfə, xüsusilə martda dəyişdirilməsi çiçəkləmənin daha gur olmasına xidmət edir. Yarpaqlarının saralması isə ya suyun tərkibində olan əhəngim çoxluğu, ya da kifayət qədər işıq düşməməsi ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.