CƏMİYYƏT


Gəmiçilərə Prezidentin Sərəncamı ilə layiq görüldükləri mükafatlar təqdim edilib

A+ A

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin 2016-cı il 24 iyun tarixli sərəncamları ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 9 işçisi “Tərəqqi” medalı ilə təltif edilib, 1 nəfər “Əməkdar mühəndis” fəxri adına, 2 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun inzibati binasında mükafatların təqdim olunması mərasimi keçirilib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dövlət başçısının müvafiq sərəncamlarını qurumun bütün kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. O, gəmiçiliyin inkişafına, dənizçilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, dövlətimizin daha da qüdrətlənməsi üçün kollektivin hər bir üzvünün bundan sonra daha əzmlə çalışacağına əminliyini ifadə edib.

Ölkəmizdə dəniz nəqliyyatının inkişafına xüsusi əhəmiyyət verildiyini diqqətə çatdıran sədr son vaxtlar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində görülən mühüm işlərdən, həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən söz açıb.

Sonra əməkdə fərqlənən bir qrup işçiyə yüksək dövlət mükafatları və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.