İQTİSADİYYAT


Gəmiçilik korporativ idarəetmə üzrə müvafiq reytinqin alınmasını planlaşdırır

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaxın vaxtlarda korporativ idarəetmə üzrə müvafiq reytinqin alınmasını planlaşdırır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) yaradıldığı vaxtdan qarşısında qoyulmuş əsas hədəflərdən biri beynəlxalq standartlara uyğun idarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsidir. Bu məqsədlə Gəmiçilikdə ardıcıl tədbirlər həyata keçirilir. Korporativ idarəetmə - bütün risklər nəzərə alınmaqla, şirkətin hədəflərinə biznes etikası normalarına riayət olunmaqla çatmaq üçün tətbiq etdiyi sistemdir.

Növbəti addım bu sistemin beynəlxalq normalara uyğunluq dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bunun üçün “Ernst & Young” şirkəti ilə AXDG arasında korporativ idarəetmənin qiymətləndirilməsi layihəsi üzrə müqavilə imzalanıb. Layihə çərçivəsində “Ernst & Young” şirkətinin məsləhətçiləri tərəfindən korporativ idarəetmənin mövcud vəziyyəti təhlil olunur, bu sahədə artıq tətbiq edilən bütün zəruri sənədlər toplusu nəzərdən keçirilir, Gəmiçiliyin rəhbər işçiləri və aparıcı mütəxəssisləri ilə təlim və müsahibələr aparılır. Nəticədə korporativ idarəetmənin daha da təkmilləşdirilməsi üçün təkliflər və yol xəritəsi hazırlanacaq.

Gəmiçiliyin rəhbərliyi yaxın vaxtlarda korporativ idarəetmə üzrə müvafiq reytinqin alınmasını da planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.