İQTİSADİYYAT


Gəmiçilikdə “Tax Free” sistemi tətbiq olunacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Tax Free” sistemi tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.

Artıq bir neçə aydır ki, ölkəmizdə tətbiqinə başlanılan “Tax Free” sistemindən bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xətti ilə səfər edən xarici vətəndaşlarda istifadə edəcək. “Tax Free” sistemi vasitəsilə xarici ölkə vətəndaşı, turist ölkədən çıxarkən təqdim edilən məhsul üzrə əlavə dəyər vergisinin (ƏDV) faizi həmin şəxsə qaytarılır. Bunun üçün alınan məhsulun qəbzi olmalıdır və mağazada məhsul alınarkən xüsusi blank doldurulmalıdır. Blankda geri alınacaq məbləğin miqdarı göstərilir. Ölkəni tərk edərkən həmin sənəd gömrük orqanına təqdim edilir və məhsul üçün ödənilən ƏDV geri qaytarılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.