İQTİSADİYYAT


Gəmiçiliklə BP arasında həyata keçirilən birgə layihələr davam etdiriləcək

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və BP şirkətinin logistika və infrastruktur məsələləri üzrə vitse-prezidenti Con Miln gəmiçiliklə BP şirkəti arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rauf Vəliyev müstəqilliyinin 25 illiyini qeyd etməyə hazırlaşan cavan respublikamızda son illər həyata keçirilən nəhəng nəqliyyat layihələri, dövlət başçısı İlham Əliyevin gəmiçiliyin inkişafına, donanmalarının ən müasir gəmilərlə zənginləşməsinə göstərdiyi daimi diqqət və qayğısını vurğulayıb, regionda ən böyük Bakı Gəmiqayırma Zavodunda Gəmiçiliyin sifarişi ilə inşa olunan və tikintisi planlaşdırılan gəmilər barədə qonağa ətraflı məlumat verib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində aparılan köklü islahatlar, gəmiçiliyin beynəlxalq şirkətə çevrilməsi, Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi üçün görülən əməli işlər və əldə olunan nailiyyətlər də qeyd olunub.

Görüş zamanı dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz Mərhələ 2”də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əhəmiyyətli rolu vurğulanıb, gəmilərinin neft-qaz layihələrinin təminatına həmişə hazır olmaları, dənizçilərin peşəkarlığı ilə yanaşı, Xəzərdə əvvəlki layihələrin gerçəkləşdirilməsində, o cümlədən BP ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən əməliyyatlarda qazandıqları zəngin təcrübə diqqətə çatdırılıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən BP şirkətinin vitse-prezidenti Con Miln birgə layihələrin davam etdiriləcəyini bildirib.

Görüşdə həmçinin əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.