İQTİSADİYYAT


Gəmiçiliyin Türkiyədəki nümayəndəliyinin hesabatı dinlənilib

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Türkiyədəki nümayəndəliyinin hesabatı dinlənilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC sədri Rauf Vəliyevin rəhbərliyi ilə keçirilən yığıncaqda gəmiçiliyin Türkiyə Respublikasındakı (İstanbul) nümayəndəliyinin cari ildə gördüyü işlər barədə hesabatı dinlənilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Gəmiçiliyin İstanbuldakı nümayəndəsi Təməl Motorçu Xəzərdən kənarda üzən donanmamızın səmərəli istismarı, gəmilərin təmiri, yaranan problemlərin qısa müddətdə aradan qaldırılması, heyət üzvləri ilə bağlı məsələlərin vaxtında həlli üçün zəruri saydığı tədbirləri yığıncaq iştirakçılarının diqqətinə təqdim edib.

Hesabat yığıncağında nümayəndəliyin fəaliyyətini daha da yaxşılaşdırmaq üçün səslənən təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr bir daha müzakirə olunub. Cəmiyyətin sədri Rauf Vəliyev yekun çıxışında xüsusi ilə qeyd edib ki, uzun fasilədən sonra gəmilərimizin müstəqil Azərbaycanımızın üçrəngli bayrağı altında xarici sularda üzməsi hər birimizdə iftixar hissi doğurur. Bununla belə, quru yük gəmilərimizin Xəzərdənkənar sularda möhkəmlənməsi üçün hələ çox iş görülməlidir. Bu baxımdan gəmiçiliyin İstanbuldakı nümayəndəliyinin də fəaliyyəti böyük önəm kəsb edir. Sədr əmin olduğunu bildirib ki, nümayəndəliyin işçiləri çiyninə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, quru yük gəmilərimizin xarici sularda uğurlu səfərlərinə, donanmamızın gəlirlə işləməsinə öz sanballı töhfələrini verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.