İQTİSADİYYAT


Gəmiçiliyin balansında olan gəmilərin təmirində Xorvatiya ilə əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Gəmiçiliyin balansında olan gəmilərin təmirində Xorvatiya ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndə heyətinə daxil olan “J.E.K” MMC-nin direktoru Yosip Etoroviç və “ULYANİK” şirkətinin nümayəndəsi Alen Cukon ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev arasında keçirilən görüş zamanı baş tutub.

Sədr Rauf Vəliyev Azərbaycanda gəmiçiliyin inkişafına göstərilən dövlət dəstəyindən danışıb, qonaqları hökumətin bu sahədə həyata keçirdiyi islahatlar barədə məlumatlandırıb. Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndələri ilə ötən illərdə icra olunan əməkdaşlıq layihələrindən danışılıb. Gələcəkdə isə gəmiçiliyin balansında olan gəmilərin təmirində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xorvatiyalı qonaqlar Azərbaycanda olmaqdan razılıqlarını ifadə ediblər. Göstərilən qonaqpərvərlikdən məmnun qalan Xorvatiya Gəmiqayırma Sənayesinin nümayəndələri qısa zamanda böyük uğurlara imza atan Azərbaycan Gəmiçiliyinin rəhbərliyini bu münasibətlə təbrik ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.