İQTİSADİYYAT


Gəmiçiliyin daha bir gəmisi xarici sularda fəaliyyət göstərəcək

Bakı, 14 iyul, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) daha bir gəmisi xarici sularda fəaliyyət göstərəcək.

Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, QSC xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir. AXDG “Professor Əziz Əliyev” adlı daha bir gəmisini Xəzərdən kənarda istismar edəcək.

Gəmi Rusiyanın Nijni Novqorod şəhərində tikilib. Ən son tələblərə cavab verən tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 141 metr, eni 16,7 metr, suya oturumu 4,2 metr, bortun hündürlüyü isə 6 metrdir.

Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq “Professor Əziz Əliyev” gəmisinin 14 nəfərlik bütün heyəti azərbaycanlılardan ibarətdir.

Rusiya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilən və istismar ediləcək gəminin təhlükəsiz idarəetmə sistemi isə Amerikanın “ABS” (Amerika Gəmiçilik Bürosu) şirkətinə məxsusdur.

Bununla belə, tankerin fəaliyyətinə Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ötən il Türkiyədə təsis etdiyi “Casptankers” şirkəti nəzarət edəcək.

“Professor Əziz Əliyev” gəmisi artıq ilk səfərini edib. Bu gün tanker Tuapse limanından Bolqarıstana doğru yol alıb.

Xatırladaq ki, “Professor Əziz Əliyev” gəmisi AXDG-nin uzun fasilədən sonra Qara dənizdə istismar etdiyi ilk tankerdir. İndiyədək gəmiçiliyin xarici sularda üzən 10 gəmisi quru yüklər daşıyıb.

Onu da deyək ki, Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti uzun müddətdən sonra 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.