CƏMİYYƏT


Gəmiçiliyin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 15 iyun, AZƏRTAC

Hər il 15 iyun tarixini Azərbaycan xalqı Milli Qurtuluş Günü kimi qeyd edir. Bu mühüm tarixi hadisə ümummilli lider Heydər Əliyevin adı və onun Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda müstəsna xidmətləri ilə bağlıdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, iyunun 15-də səhmdar cəmiyyətin rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri, eyni zamanda, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və tələbələri Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.