Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda unikal gəmi-bərə tikiləcək VİDEO

Bakı, 26 oktyabr, Elvin Camalov, AZƏRTAC

Oktyabrın 26-da Bakı Gəmiqayırma Zavodunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə 2 ədəd yeni unikal gəmi-bərənin tikintisi üzrə müqavilənin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və digər rəsmi şəxslər, qonaqlar iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev yeni gəmi-bərələrin layihəsini tədbir iştirakçılarına təqdim edərək bildirib ki, rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin də donanmasının daim yenilənməsi və müasir tələblərə cavab verən gəmilərin tikintisi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın regionda nəqliyyat-loqistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə şərq-qərb və əks istiqamətdə yükdaşımalarda xüsusi rola malik olan və uzun illərdir Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün bu gəmilərin tikintisi çox böyük əhəmiyyətə malikdir.

Gəmiçiliyin sədri bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmanın yenilənməsinə xüsusi həssaslıqla yanaşır və bazarın tələbinə uyğun yeni gəmilərin tikintisi daim ciddi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gəmiçilik sahəsinə göstərdiyi xüsusi qayğı və diqqətin nəticəsidir ki, son 3 il ərzində 15 ədəd yeni gəmi, o cümlədən 1 ədəd Xəzərdə ən böyük yedək-təchizat gəmisi, 8 ədəd 5,500 ton yükgötürmə qabiliyyətli quru yük gəmiləri, 1 ədəd 13 min tonluq tanker, 1 ədəd təchizat gəmisi, eləcə də “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən 1 ədəd liman-yedək və 3 ədəd sərnişin gəmisi gəmiçiliyin balansına qəbul edilib.

R.Vəliyevin sözlərinə görə, hazırda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasında 13 ədəd gəmi-bərə, 2 ədəd Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon tutumuna, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir. Son illər ərzində ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycanda nəqliyyat-logistika sahəsində görülən işlər nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımalarda artım müşahidə olunur. Ötən dövrün analoji dövrü ilə müqayisədə, 2016-cı ilin 9 ayı ərzində gəmiçilik tərəfindən Transxəzər marşrutu üzrə daşınan vaqonların sayında 14 faiz, TİR-larin sayında isə 3 dəfədən çox artım qeydə alınıb

“Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars kimi regional əhəmiyyətli strateji layihənin istismara verilməsi ilə əlaqədar, ölkəmiz üzərindən artması gözlənilən tranzit yüklərin vaxtında daşınmasında respublikamızın nəqliyyatçıları qarşısında qoyulan tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədilə, yeni Ro-Pax/Bərə tipli gəminin konsepsiyasının hazırlanması üçün gəmiçilik bir neçə tanınmış layihə-konstruktor büroları ilə iş aparıb və nəticədə Odessa Dəniz Mühəndisliyi Bürosunun hazırladığı təklif üzərində dayanıb. Bununla bağlı, gəmiçilik son 1 ildən artıq müddətdə həm vaqon, həm də TİR götürmək imkanına malik unikal gəmi konsepsiyasının hazırlanması üçün bu büronun aparıcı mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparıb və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TİR) tutumlu Ro-Pax/Bərə tipli gəminin eskiz və texniki layihəsi hazırlanıb. Ölkə başçısının birbaşa dəstəyi və göstərişlərinə uyğun olaraq, bu gəmilərin tikintisi Bakı Gəmiqayırma Zavodu tərəfindən həyata keçiriləcək”, - deyə R.Vəliyev vurğulayıb.

R.Vəliyev qeyd edib ki, güclü infrastruktur və potensiala malik Bakı Gəmiqayırma Zavodu bu sifarişlərin öhdəsindən gəlməklə yanaşı, öz təcrübəsini də əhəmiyyətli dərəcədə inkişaf etdirəcəkdir. Eyni zamanda vurğulanıb ki, gəmiçilik bundan sonra da gəmi tikintisi üzrə sifarişlərini Bakı Gəmiqayırma Zavodunda yerləşdirməyi planlaşdırır. Bu gəmi tam yeni konsepsiya olaraq ilk dəfə tikiləcək, eləcə də bu cür gəminin ilk dəfə Bakı Gəmiqayırma Zavodunda və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikilməsi çox əlamətdar hadisədir. Eyni zamanda, tikiləcək yeni gəmilər bu günlərdə yaranmasının 3 ili tamam olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün ölkə başçısı tərəfindən ən böyük hədiyyə və dəstəkdir.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq. Ölkə rəhbərliyi səviyyəsində Azərbaycanın tranzit potensialından və onun əlverişli coğrafi mövqeyindən tam faydalanmaq üçün, tranzit yükdaşımalar sahəsində kifayət qədər ciddi islahatlar və irimiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması buna bariz nümunədir. Eyni zamanda, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi və orada azad zonanın yaradılması, Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi, Azərbaycan və İran arasında çatışmayan dəmir yolu xəttinin salınması və digər bu kimi irimiqyaslı layihələr Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verəcək.

Ş.Mustafayevin sözlərinə görə, bununla bərabər, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası və Azərbaycanın yükdaşımalarda iştirak edən müvafiq qurumları arasında aparılan məhsuldar əməkdaşlıq nəticəsində, Azərbaycan üzərindən daşınan tranzit yüklər üçün əlverişli şərait yaradılıb, yükdaşıma prosedurları sadələşdirilib, harmonikləşdirilib, tariflərdə şəffaflığa və endirimlərin tətbiqinə nail olunub, bu işlərin nəticəsi olaraq, tranzit yüklərin həcmində artım müşahidə olunur.

Nazir qeyd edib ki, bu gün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun aparıcı üzvü olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün yeni unikal Ro-Pax/Bərə tipli gəmilərin tikintisi, ölkəmizin tranzit yükdaşımalar sahəsində həyata keçirdiyi strateji siyasətin məntiqi davamıdır. Belə ki, bu gəmilər Xəzər üzərindən artan vaqon və TİR daşıma həcmlərinin vaxtında və yüksək keyfiyyətlə nəqlinin təmin edilməsinə imkan verəcək.

“Eyni zamanda, qeyd edildiyi kimi bu və bundan sonrakı gəmi tikintisi sifarişlərin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsi, yerli gəmiqayırma təcrübəsinin daha da genişləndirilməsinə və iqtisadiyyatımızın şaxələndirilməsinə xidmət edəcək. Son illər Azərbaycanda sənayenin inkişafı üçün xeyli işlər görülür və dövlət tərəfindən yerli istehsalçılara ciddi dəstək göstərilir. Bu baxımdan, Azərbaycanda ən böyük və unikal zavodlardan olan Bakı Gəmiqayırma Zavodu “Qaradağ” sənaye parkına rezident qəbul edilib və gəmi tikintisi üçün bütün növ malların idxalı üzrə ƏDV-dən və gömrük rüsumlardan azad edilib. Bu cür optimallaşdırma tədbirləri Azərbaycanda gəmiqayırma sənayesinin rəqabət qabiliyyətinin daha da artırılmasına müsbət təsir edir”, - deyə Ş.Mustafayev vurğulayıb.

Bakı Gəmiqayırma Zavodunun əsas səhmdarı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu cür unikal konsepsiyaya malik və Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi üzrə sifarişin məhz Bakı Gəmiqayırma Zavodunda yerləşdirilməsinin çox sevindirici hal olduğunu bildirib. Bu sifariş Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün çox mühümdür.

R.Abdullayev vurğulayıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi nəqliyyat donanması üçün tələb olunan tankerlərin, quru yük gəmilərinin, eləcə də dənizdə neft və qaz əməliyyatlarının aparılmasına xidmət edən ixtisaslaşmış donanma üçün tələb olunan gəmilərin də tikintisi üzrə sifarişləri Bakı Gəmiqayırma Zavodunda yerləşdiriləcək.

R.Abdullayevin sözlərinə görə SOCAR eyni zamanda gəmiçiliyin xidmətlərindən istifadə edən ən iri şirkətdir. Gəmiçilik Neft Şirkətinin istər neft daşımaları, istərsə də dənizdə aparılan neft-qaz əməliyyatlarını təmin etmək üçün yeni gəmilər sifariş edəcək və neft sənayesinə daha müasir və geniş imkanlı gəmilərlə xidmət göstərəcək.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib ki, son illər Dövlət Dəniz Administrasiyası və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi arasında Azərbaycanda gəmiçiliyin inkişafı istiqamətinə sıx birgə işlər aparılır. 2014-cü ildə Azərbaycan gəmiçiliyi öz fəaliyyətini Xəzərdən kənar hövzələrdə bərpa edib və bununla da Azərbaycan gəmiçiləri yenidən beynəlxalq sularda Azərbaycan bayrağı altında üzən gəmilərdə işləmək imkanı əldə ediblər. Son illər ölkə başçısının köməyi ilə, gəmiçilik sahəsi sürətlə inkişaf edir, mühüm tədbirlər görülür və gəmiçilik sahəsində Azərbaycanda güclü normativ baza yaradılıb. Ölkəmizdə gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, regionda ən iri, müasir və güclü potensiala malik Bakı Gəmiqayırma Zavodunun tikilməsi gəmiçilik sahəsinə dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

Yeni bərə-gəmilər ilə əlaqədar, administrasiyanın rəisi qeyd edib ki, unikal konsepsiyalı yeni bərələrin Azərbaycan gəmiçiliyində istismara verilməsi, Xəzərdə yükdaşıma bazarında Azərbaycan gəmiçiliyinin flaqman və aparıcı mövqeyindən xəbər verir.

Nəqliyyat donanmasının bundan sonra da mütəmadi əsasda yenilənməsinin mühümlüyünü vurğulayan Q.Qurbanov, bu tədbirlərin Azərbaycanın nəqliyyat-logistika strategiyası üçün əhəmiyyətli olduğunu qeyd edib.

Odessa Dəniz Mühəndisliyi Bürosunun baş direktoru Gennadi Yeqorov bir ildən artıq müddətdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə sıx əməkdaşlıq etdiklərindən və Xəzərdə bu cür yeni konsepsiyalı layihənin həyata keçirilməsindən məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, bu yeni konsepsiya gəmiçiliyin mütəxəssisləri ilə aparılan uzunmüddətli texniki danışıqların nəticəsində, Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TİR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant kimi hazırlanıb. “Mən məmnuniyyətlə qeyd etməliyəm ki, bu birgə hazırlanmış konsepsiyadır və onun müəllif hüququ bizim büro ilə gəmiçiliyə məxsusdur”, - deyə Gennadi Yeqorov vurğulayıb.

Layihənin xüsusiyyətləri, onun üstünlükləri, bərənin texniki imkanları barədə məlumat təqdim edilib və bu layihənin son texnoloji yeniliklər nəzərə alınmaqla hazırlandığı bildirilib. Sözügedən layihənin Xəzər regionu üçün yeni olmasına baxmayaraq, Bakı Gəmiqayırma Zavodu ilə yaxından tanış olduğunu və buradakı infrastruktur və texniki imkanların ən yüksək səviyyədə olduğunu bildirən Yeqorov, zavodun bu cür unikal layihənin öhdəsindən asanlıqla gələcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, 2 ədəd Ro-Pax/Bərə tipli gəminin tikintisi Bakı Gəmiqayırma Zavodu tərəfindən 132 milyon AZN məbləğində qiymətləndirilib.

Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda unikal gəmi-bərə tikiləcək VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb