İQTİSADİYYAT
GəncOl tarifində daha bir yenilik
Bakı, 1 fevral, AZƏRTAC
“Azercell Telekom” GəncOL tarif paketində daha bir yenilik edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, fevralın 1-dən etibarən GəncOl istifadəçiləri bu tarif paketi daxilində təqdim olunan internet həcmini bitirdikdən sonra yenilənməyən internet paketləri sifariş edə biləcəklər. Bunun üçün abunəçi sadəcə 2525-ə müvafiq açar sözü yazıb göndərməlidir.
Qeyd edək ki, əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Abunəçi internet paketin balansını istifadə müddətindən tez bitirərsə, yenidən paket sifariş edə bilər. Yenilənməyən aylıq internet paketlərindən imtina etmək üçün abunəçi 2525-ə “STOPX” göndərməlidir.
Maraqlananlar daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərlər.