CƏMİYYƏT


“Gənc Bankir Məktəbi-2” layihəsinə başlanılıb

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi-2” layihəsinə başlanılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı və “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə həyata keçirilən layihə iki mərhələdən ibarət olacaq.

Birinci mərhələdə “Bank of Baku”nun mütəxəssisləri komanda üzvlərinə bank sektoru mövzularında silsilə təlimlər keçəcəklər. Təlimlər dörd həftə davam edəcək. Sonrakı mərhələdə isə komandalar seçdikləri bir ölkənin bank sistemi haqqında elmi-tədqiqat işi hazırlayacaqlar.

Layihənin yarımfinal mərhələsində hazırlanan tədqiqat işləri münsiflər heyətinə təqdim olunacaq. Qalib komandanın üzvləri “Bank of Baku”da təcrübə proqramına cəlb olunacaq, bütün iştirakçılar isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

“Gənc Bankir Məktəbi-2” layihəsində iştirak üçün qeydiyyat noyabrın 3-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.