CƏMİYYƏT


“Gənc Bankir Məktəbi” layihəsinə yenidən başlanılıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi” layihəsinə yenidən başlanılıb. “Gənc Bankir Məktəbi-2” layihəsi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” (SUES) İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı və “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə həyata keçirilir.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə SUES-in sədri Hidayət Kərimov tələbələrin nəzəri biliklərinin praktikada tətbiqində “Gənc Bankir Məktəbi”nin rolundan danışıb.

“Bank of Baku”nun mütəxəssisləri tələbələri təlimatlandırdıqdan sonra püşkatma mərasimi keçirilib və iştirakçılar müəyyənləşdirilib.

Bu layihəyə qatılmaq üçün müraciət edən 98 komandadan 37-si mərhələlərdən uğurla keçərək iştirak hüququ qazanıb.

Layihə çərçivəsində iştirakçılar dörd həftə ərzində “Bank of Baku” mütəxəssislərinin təlimlərində iştirak edərək praktiki biliklərini artıracaqlar. Komandalar püşkatma yolu ilə müəyyənləşən, ölkənin bank sistemi haqqında araşdırma aparacaq və münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanı “Bank of Baku”nun qış təcrübə proqramına qatılmaq imkanı gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.