REGİONLAR


Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+ A

Qəbələ, 5 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək keçirilən Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Qafqaz Resorte” otelində təşkil olunan müsabiqədə Rusiya və Azərbaycanın gənc istedadlı pianoçuları mükafatlar uğrunda bacarıqlarını nümayiş etdiriblər. Avqustun 5-də qaliblərin mükafatlandırılması mərasimi təşkil olunub.

Müsabiqədə birinci yeri azərbaycanlı pianoçu Vurğun Vəkilov və rusiyalı Anna Kavalerova tutublar. İkinci yerə isə azərbaycanlı və rusiyalı pianoçular – Tofiq Şıxıyev ilə Yevgeniya Antonova çıxıblar. Musiqi yarışmasında üçüncü yeri tutan olmayıb. Rəşid Behbudov və Atabala Manafzadə müsabiqədə digərlərindən fərqli ifalarına görə diplomla təltif olunublar. Qaliblərə və fərqlənənlərə pul mükafatları verilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Maleki olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.