REGİONLAR


Gənc Tamaşaçılar Teatrı Lənkəranda qastrol səfərində olub

A+ A

Lənkəran, Bağır Əliyev, AZƏRTAC 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppası cənub bölgəsinə qastrol səfəri çərçivəsində Lənkəran Dövlət Dram Teatrının səhnəsində V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, gəncləri və yeniyetmələri narkomaniya kimi qorxulu bəladan qorumağa xidmət edən səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Tamaşada əsas rolları Əməkdar Artist Nübar Novruzova, aktyorlardan Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.