MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı beynəlxalq teatr festivalında iştirak edəcək

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Rusiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin “MakDonax” Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollektiv bu dəfə ölkəmizi dramaturq Martin Makın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə təmsil edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaq.

Oktyabrın 1-dən 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Bosniya və Herseqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcək. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabrın 4-ə nəzərdə tutulub.

Festivalda iştirak edəcək qrupa teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov rəhbərlik edəcək. Teatrın rəhbəri eyni zamanda, festival çərçivəsində Beynəlxalq “ASSİTEJ”ə üzv olan iştirakçı ölkələrin “ASSİTEJ” rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşəcək.

Qeyd edək ki, sənət ocağı iki il öncə sözügedən festivalda “Yalqız qərb” tamaşası ilə çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.