MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı bu həftə maraqlı tamaşalarla çıxış edəcək

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərinin maraqlı və yaddaqalan keçməsi üçün yeni və rəngarəng repertuarla çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 15-dən 21-dək məktəblilər sənət ocağında müxtəlif janrlı səhnə əsərləri izləyəcəklər.

Belə ki, teatr noyabrın 15-də “Əlincə qalası”, noyabrın 16-da “Qaraca qız”, noyabrın 17-də “Dəcəl keçi”, noyabrın 18-də “Buratinonun macəraları”, noyabrın 19-da “Balaca və damda yaşayan Karlson” tamaşaları ilə məktəblilərin görüşünə gələcək.

Noyabrın 20-də isə teatrın repertuarında yeni səhnə əsəri sayılan “Uzuncorab Peppi” tamaşası təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.