MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihəyə start verir

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ötən ildə olduğu kimi, bu il də xarici ölkə teatr mütəxəssisləri ilə yaradıcılıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Teatrın rəhbərliyi 2017-ci il üçün repertuar planında təsdiq olunmuş C.Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rusiyalı rejissorla görüşən ADGTT-nin direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Azərbaycan teatrının tarixi, uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.

Hazırlanacaq yeni tamaşanın yaradıcı və texniki heyəti, həmçinin tamaşanın səhnə eskizləri ilə tanış olan Y.İvanova Mübariz Həmidovla yeni tamaşanın hazırlanma və nümayiş olunma tarixlərini, habelə, Azərbaycan-Rusiya teatr əlaqələrinin daha da genişləndirilməsi məsələlərini də müzakirə edib.

Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.