MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı daha iki beynəlxalq teatr festivalında iştirak edəcək

Bakı, 17 may, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq hər il keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı baş tutacaq.

Festival Astananın paytaxt elan olunmasının 19 illiyinə həsr olunub.

Sözügedən beynəlxalq teatr festivalında ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) təmsil edəcək.

Teatrın mətbuat xidmətindan AZƏRTAC-a bildirilib ki, iyunun 12-dən 18-dək davam edəcək festivala ADGTT görkəmli İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə qatılacaq.

Məlumat üçün bildiririk ki, tamaşa bir çox xarici ölkələrdə keçirilmiş beynəlxalq festivallarında teatrımıza mükafatlar qazanıb.

Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları Əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

ADGTT-nin iştirak edəcəyi ikinci Beynəlxalq tədbir Belarus Respublikasının Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalı olacaq. Sözügedən beynəlxalq festivalda ölkəmiz Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

Festival Belarusun Mədəniyyət Nazirliyi, Belarus Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi, Bobruysk Şəhər İcra Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

İyunun 28-dən iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər təşkil olunacaq.

Tamaşada Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar Artisti Şövbqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

Qeyd etməliyik ki, “Kontrabas” tamaşası da bir çox beynəlxalq festivalların qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.