MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı mövsümə “Yarımçıq qalmış”la yekun vurdu

Bakı, 29 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu mövsümün son böyük tamaşası göstərilib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Birhissəli psixoloji dramda obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu və başqaları canlandırıblar.

Bununla da teatr özünün 89-cu teatr mövsümünə yekun vurub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni premyeraları, layihə və tədbirləri ilə 90-cı yubiley mövsümündə də izləyicilərini sevindirməyə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.