MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda iştirak edəcək

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Litvada keçiriləcək “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollektiv bir sıra beynəlxalq teatr festivallarında uğur qazanmış S.Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı isə Əməkdar Artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş olunacaq. Festivala Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya və Slovakiyanın teatr kollektivləri də qatılacaq.

“Atspindys” festivalı Gənc Tamaşaçılar Teatrının 89-cu teatr mövsümündə iştirak edəcəyi ikinci beynəlxalq festivaldır. Teatrın noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.