MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq teatr festivalına yola düşür

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümündə 4-cü dəfə beynəlxalq teatr festivalında iştirak etməyə hazırlaşır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə kollektiv Moldovanın paytaxtı Kişineuda keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında iştirak edəcək. Teatr festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacaq. Gənc Tamaşaçılar Teatrı festivalda P.Züskindin “Kontrabas” monotamaşasını təqdim edəcək. “Kontrabas” tamaşası noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.

Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalın açılış mərasimi noyabrın 21-də keçiriləcək.

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələrinin keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.