MƏDƏNİYYƏT


Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə yeni tamaşalar təqdim edəcək

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə iki yeni tamaşa təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərlərindən biri orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa, digəri isə teatrın, İsveç səfirliyi və “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə hazırlanan Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşadır. Mövsümün növbəti premyerası isə Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəri olacaq.

Yeni səhnə əsərlərinin ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.